Andrea Kalubi: Konqonun yeraltı sərvətləri üzərindəki Qərb asılılığına son qoyulmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Andrea Kalubi: Konqonun yeraltı sərvətləri üzərindəki Qərb asılılığına son qoyulmalıdır

Qafar Ağayev12:36 - Bu gün
Andrea Kalubi: Konqonun yeraltı sərvətləri üzərindəki Qərb asılılığına son qoyulmalıdır

“Müstəqillik hərəkatları müstəmləkəçi sistemin guya xeyirxah və ya humanist olması səbəbindən yaranmamışdı, əksinə, onlar real siyasi, mənəvi və iqtisadi müttəfiqlərin birgə fəaliyyəti nəticəsində yaranan müqavimətin məhsulu idi”.

1news.az xəbər verir, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransda çıxış edən siyasi xadim, sahibkar Andrea Kalubi deyib.

O, bildirib ki, İkinci Dünya müharibəsindən sonra Belçika, Fransa və Böyük Britaniya kimi müstəmləkəçi dövlətlərin zəifləməsi, həmçinin BMT-nin yaranması ilə irqçi iyerarxiyaya əsaslanan nizamın hüquqi əsasları sarsılsa da, bu gün tam müstəqillik üçün gənclərin sahibkarlığı təşviq edilməli və Konqonun yeraltı sərvətləri üzərindəki Qərb asılılığına son qoyulmalıdır.

“Patris Lumumba kimi liderlərin və ziyalıların başlatdığı bu mübarizə yolu ilə biz Afrikanın artıq beynəlxalq sistemin periferiyasında qalmamasını təmin etməli, iqtisadi və siyasi suverenliyimizi qlobal gündəmin ön sıralarına çıxarmalıyıq”.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər