Metroda interval bərpa olub - YENİLƏNİB
Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.
Bu barədə 1news.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
***
12:26
Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb.
Bu barədə 1news.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
"Əvəzinə ehtiyat qatar xəttə buraxılıb. Hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq.
Yaranmış narahatlığa görə sərnişinlərimizdən üzr istəyirik!" - deyə məlumatda qeyd olunub.
***
11:46
Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin “İçərişəhər–Sahil” mənzilində Qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.
1news.az xəbər verir ki, Texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.
Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.
Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik.












