Mikayıl Cabbarov “Samsung E&A Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov “Samsung E&A Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb - FOTO

16:58 - Bu gün
Mikayıl Cabbarov “Samsung E&A Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşüb - FOTO

İqtisadiyyat Nazirliyində təşkil edilmiş “Samsung E&A Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru ilə görüşdə birgə fəaliyyət perspektivləri müzakirə olunub, SOCAR və “Samsung E&A Co., Ltd.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

1news.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov “Samsung E&A Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru Honq Namkunq ilə görüşüb.

Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti haqqında məlumat verilib. Ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına və qlobal dəyər zəncirlərinə inteqrasiyası baxımından görülən işlər diqqətə çatdırılıb, əməkdaşlıq imkanları qeyd olunub.

Tərəflər enerji sahəsində tərəfdaşlığın genişləndirilməsi barədə müzakirə aparıblar.

Görüş çərçivəsində SOCAR və “Samsung E&A Co., Ltd.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd enerji aktivlərinin səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional sənaye və təchizat mərkəzinin yaradılması, insan kapitalının inkişafı və karbonsuzlaşma üzrə əməkdaşlıq perspektivlərinin araşdırılmasını nəzərdə tutur.

Sənədin icrası yerli şirkətlərin qlobal dəyər zəncirinə inteqrasiyası baxımından da əhəmiyyət daşıyır.

Dünyanın ən böyük transmilli konqlomeratlarından olan “Samsung Group”un törəmə şirkəti “Samsung E&A Co., Ltd.” qlobal mühəndislik, satınalma və tikinti (EPC) podratçısıdır. Şirkət texniki-iqtisadi əsaslandırma (FS), detallı mühəndislik, satınalma, tikinti, istismaravermə (commissioning) və layihə idarəetməsi daxil olmaqla inteqrə olunmuş xidmətlər təqdim edir. “Samsung E&A Co., Ltd.” hidrokarbonlar və enerji infrastrukturu üzrə neft və qaz emalı zavodları, neftayırma və neft-kimya kompleksləri, qaz emalı və yardımçı infrastruktur obyektlərini layihələndirir və həyata keçirir. Şirkət Yaxın Şərq, Asiya və digər strateji enerji bazarlarında iri miqyaslı layihələrdə təcrübəyə malikdir.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər