Rusiya nümayəndə heyəti Azərbaycanda səfərdədir | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiya nümayəndə heyəti Azərbaycanda səfərdədir

Qafar Ağayev17:12 - Bu gün
Rusiya nümayəndə heyəti Azərbaycanda səfərdədir

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Silahlandırma rəisi - Hava Kosmik Qüvvələri Baş Komandanının silahlandırma üzrə müavini general-polkovnik Yuriy Qrexovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

1news.az xəbər verir ki, Hərbi Hava Qüvvələrində olan nümayəndə heyəti burada müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ilə görüşüb.

Görüşdə Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Milli Müdafiə Universitetinin komandanlığı və bir qrup dinləyicilərin iştirakı ilə keçirilən seminarda iştirak edib.

Seminarda hərbi-təhsil və elm sahəsində tətbiq edilən yeniliklər barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər