Allahşükür Paşazadənin oğlu vəzifəsindən azad edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Allahşükür Paşazadənin oğlu vəzifəsindən azad edilib

15:44 - 25 / 02 / 2026
Allahşükür Paşazadənin oğlu vəzifəsindən azad edilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə Heyətinin sədrinin müşaviri Məhəmməd Paşazadə vəzifəsindən öz ərizəsi əsasında ayrılıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildirilib.

Məlumatda qeyd edilib ki, proses əmək qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun şəkildə həyata keçirilib. İşdən ayrılan sədr müşavirinin yerinə hələ ki, yeni təyinat baş tutmayıb.

Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin oğludur.

Paylaş:
257

Son xəbərlər

Bütün xəbərlər