Tərtərdə narkotikin satışını təşkil edən şəxs saxlanıldı
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunan İlham Süleymanov saxlanılıb.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İ.Süleymanovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsiylə məşğul olduğu müəyyən edilib. Ondan satış məqsədi ilə əldə etdiyi 1 kiloqram 465 qram həşiş və 590 qram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, İ.Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
70












