Azərbaycanda ötən il narkotik cinayətlərində iştirak edən şəxslərin əksəriyyəti 30 yaşdan yuxarıdır. | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ötən il narkotik cinayətlərində iştirak edən şəxslərin əksəriyyəti 30 yaşdan yuxarıdır.

Qafar Ağayev12:16 - Bu gün
Azərbaycanda ötən il narkotik cinayətlərində iştirak edən şəxslərin əksəriyyəti 30 yaşdan yuxarıdır.

Azərbaycanda ötən il narkotik cinayətlərində iştirak edən şəxslərin əksəriyyəti 30 yaşdan yuxarıdır.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 5657 şəxs müəyyən edilib:

"Onların 35,8 faizini əvvəllər də cinayət törətmiş şəxslər təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 23,1 faiz azdır. Cinayət törətmiş şəxslərin 98,4 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,6 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib".

Bununla yanaşı cinayət törətmiş şəxslərin 60,9 faizini əmək qabiliyyətli yaşda olub işləməyən və təhsil almayanlar, 3 faizini qadınlar təşkil edib.

Cinayət törədənlərin 0,3 faizi 14-17 yaşlı yetkinlik yaşına çatmayanlar, 6,5 faizi 18-24 yaşlı, 14,6 faizi 25-29 yaşlı gənclər, 78,6 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər