Azərbaycana daxil olan internetin həcmi açıqlandı
“Hazırda Azərbaycana 7 terabitdən artı internet daxil olur”.
1news.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov bildirib.
O, bildirib ki, bu gün ölkə ərazisində internetə əlçatanlıq 90 %-ə çatıb.
“Hazırda ölkədə 3G/4G-nin əhatə dairəsi 95 %-dən çoxdur”.
O, bildirib ki, dövlət xidmətlərinin əksəriyyəti rəqəmsallaşıb və regional data mərkəzi layihələri beynəlxalq tərəfdaşlarımızın hesabına genişləndirilir.
“Bu faktlar göstərir ki, dövlət səviyyəsində doğrudan da ciddi irəliləyişlər var”.
57












