Ötən ay sosial sahə üzrə elektron xidmətlərə 626 min müraciət edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən ay sosial sahə üzrə elektron xidmətlərə 626 min müraciət edilib

Qafar Ağayev11:28 - Bu gün
Ötən ay sosial sahə üzrə elektron xidmətlərə 626 min müraciət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin yanvar ayında 626 min müraciət edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, ötən ay 26 min təyinat e-infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 87 minədək elektron arayış verilib.

Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda qurumun xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim edilir. Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.

Həmin qurumlardan sorğular da daxil olmaqla, ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 21 milyon olub.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər