Əməliyyat keçirdi: 51 kiloqram narkotik vasitə aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Əməliyyat keçirdi: 51 kiloqram narkotik vasitə aşkarlandı

Qafar Ağayev12:02 - Bu gün
Əməliyyat keçirdi: 51 kiloqram narkotik vasitə aşkarlandı

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, növbəti tədbir zamanı əvvəllər güclü təsiredici xassəyə malik psixotrop maddələrin satışını təşkil etdiyinə görə məhkum olunmuş Fuad Həsənov saxlanılıb.

Onun idarə etdiyi avtomobil və paytaxt ərazisində gizlətdiyi yerdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 51 kiloqram 555 qram marixuana və 2999 ədəd metadon həbi aşkarlanıb. İlkin sorğu zamanı həmin şəxsin narkotikləri İran vətəndaşının tapşırığı ilə deyilən ünvanlara yerləşdirməyi planlaşdırdığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər