Türkiyə 10 ölkəyə uçuşları ləğv edib | 1news.az | Xəbərlər
Dünya

Türkiyə 10 ölkəyə uçuşları ləğv edib

14:50 - Bu gün
Türkiyə 10 ölkəyə uçuşları ləğv edib

Türk Hava Yolları (THY) 10 ölkəyə uçuşların ləğv edildiyini bəyan edib.

1news.az-ın xəbərinə görə, bu barədə “Türk Hava Yolları”nın mətbuat katibi Yahya Üstün paylaşım edib.

"Yaxın Şərqdə bəzi ölkələrin hava məkanlarının bağlanması səbəbindən Livan, Suriya, İraq, İran və İordaniyaya həyata keçirilən reyslərimiz 2 mart 2026-cı il tarixinədək; Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Omana həyata keçirilən reyslərimiz isə 28 fevral 2026-cı il tarixi üçün ləğv edilmişdir.

Hava məkanındakı vəziyyət operativ qaydada izlənilir və əlavə reys ləğvlərinin baş verməsi istisna edilmir".

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər