Rusiya vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb
Rusiya vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı diplomatik missiyasının bəyanatında bildirilib.
Səfirlik İrandan çıxış üçün optimal marşrutların Astaradan Azərbaycana və Nurduz/Aqarak məntəqəsindən Ermənistana keçmək olduğunu bildirib.
“Səyahət edərkən diqqətli və sayıq olmağınızı tövsiyə edirik”, - bəyanatda qeyd olunub.
Nəzərə çatdırılıb ki, sərhədi keçmək üçün əvvəlcədən Azərbaycan hakimiyyət orqanlarından lazımi icazənin alınması tələb olunur.
66












