Türkiyə İran sərhədindən qanunsuz giriş olunması ilə bağlı yayılan dezinformasiyanı təkzib edib | 1news.az | Xəbərlər
Dünya

Türkiyə İran sərhədindən qanunsuz giriş olunması ilə bağlı yayılan dezinformasiyanı təkzib edib

16:02 - Bu gün
Türkiyə İran sərhədindən qanunsuz giriş olunması ilə bağlı yayılan dezinformasiyanı təkzib edib

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzi “İran sərhədindən Türkiyəyə qanunsuz giriş olub” barədə yayılan dezinformasiyanı təkzib edib.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dezinformasiya ilə Mübarizə Mərkəzinin sosial şəbəkə hesabında yayılan açıqlamada aşağıdakı ifadələr yer alıb:

“Bəzi sosial şəbək hesablarında İran sərhədindən Türkiyəyə qanunsuz giriş edildiyi iddiası ilə paylaşılan görüntülər dezinformasiya xarakteri daşıyır. Məlum olmuşdur ki, həmin görüntülər vaxtı və məkanı dəqiq bəlli olmayan köhnə çəkilişlərdir və son regional hadisələrdən sonra qəsdən yenidən dövriyyəyə buraxılmışdır.

Görüntülərin Türkiyənin sərhəd xətti ilə əlaqəsinə dair hər hansı konkret sübut mövcud deyil. Bu cür paylaşımlar sərhəd təhlükəsizliyini hədəf alaraq ictimaiyyətdə mənfi rəy formalaşdırmağa yönəlib.

Türkiyənin sərhəd təhlükəsizliyi 24/7 prinsipi əsasında çoxqatlı sistemlərlə fasiləsiz şəkildə təmin olunur. Əsassız iddialara etibar edilməməsi və yalnız rəsmi qurumların açıqlamalarının nəzərə alınması xüsusilə xahiş olunur”.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər