Özbəkistan öz vətəndaşlarını İsraildə təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırdı
Özbəkistan İsrail ərazisində olan vətəndaşlarını gözlənilən intensiv raket atəşləri fonunda təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyə çağırıb.
1news.az Trend-ə istinadən bu barədə Özbəkistanın İsraildəki səfirliyinə istinadən xəbər verir.
Səfirlikdən bildirilib ki, Özbəkistan vətəndaşlarına şəxsi təhlükəsizlik üçün bütün zəruri tədbirləri görmək və İsrail Hərbi Təchizat Komandanlığının göstərişlərinə ciddi əməl etmək tövsiyə olunur.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana qurudan, dənizdən və havadan zərbələri endirməyə başlayıb.












