ABŞ Küveytdəki səfirliyini bağladı | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Küveytdəki səfirliyini bağladı

11:12 - Bu gün
ABŞ Küveytdəki səfirliyini bağladı

ABŞ Küveytdəki səfirliyini növbəti göstərişə qədər bağlayır.

1news.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Küveytdəki diplomatik nümayəndəliyi “X” hesabında açıqlayıb.

“Regiondakı gərginliklə bağlı səfirlik növbəti göstərişə qədər bağlı olacaq. Bütün planlı və təcili konsulluq görüşlərini təxirə salmışıq. Səfirlik öz işini bərpa etdikdə məlumat verəcəyik”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, dünən İran ABŞ-nin Küveytdəki səfirliyinə zərbə endirib.

Paylaş:
165

Son xəbərlər

Bütün xəbərlər