Azərbaycanda 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Sumqayıt-Ağdam, Gəncə-Masallı, Gəncə-Gədəbəy, Gədəbəy-Gəncə və Qazax-Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
1news.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, Sumqayıt-Ağdam marşrutu üzrə fiziki şəxs Məmmədov Böyükağa Sədi oğlu; Gəncə-Masallı marşrutu üzrə hüquqi şəxs "MİN. AVTOTRANS" MMC; Gəncə-Gədəbəy marşrutu üzrə fiziki şəxs Məmmədov Cavanşir Məhəmməd oğlu; Gədəbəy-Gəncə marşrutları üzrə fiziki şəxslər Alıyev Sabit Zahid oğlu və Məmmədov Cavanşir Məhəmməd oğlu;
Qazax-Gəncə marşrutu üzrə fiziki şəxs Cəfərov Samir Vaqif oğlu qalib elan olunublar.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.












