İndiyədək “Yüksəliş” müsabiqələrində iştirak edənlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İndiyədək “Yüksəliş” müsabiqələrində iştirak edənlərin sayı açıqlanıb

Qafar Ağayev12:23 - Bu gün
İndiyədək “Yüksəliş” müsabiqələrində iştirak edənlərin sayı açıqlanıb

İndiyədək keçirilmiş “Yüksəliş” müsabiqələri geniş ictimai maraqla qarşılanıb və hər mövsüm artan iştirakçı sayı ilə diqqət çəkib.

1news.az xəbər verir ki, bu barədə Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev altıncı müsabiqə üçün keçirilmiş mətbuat konfransında açıqlama verib.

“Birinci müsabiqədə 11,760 nəfər qeydiyyatdan keçmiş və yekunda 27 qalib müəyyənləşdirilmişdir. İkinci müsabiqədə 12,299 nəfər iştirak etmiş, 22 nəfər qalib adını qazanmışdır. Üçüncü mövsümdə 13,474 namizəd qeydiyyatdan keçmiş və 22 nəfər qalib seçilmişdir. Dördüncü “Yüksəliş” müsabiqəsində 15,877 nəfər qeydiyyat mərhələsini uğurla tamamlamış, 25 nəfər qalib olmuşdur. Beşinci mövsümdə isə 16,553 nəfər qeydiyyatdan keçmiş və 20 nəfər müsabiqənin qalibi elan edilmişdir”.

““Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub” - F.Hacıyev əlavə edib:

“Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imz

alanıb”.

Paylaş:
135

Son xəbərlər

Bütün xəbərlər