ƏÜO-da “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

ƏÜO-da “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib

Qafar Ağayev14:23 - Bu gün
ƏÜO-da “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

1news.az xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik ediblər. Qeyd olunub ki, kurs müddətində keçirilən intensiv təlimlər nəticəsində hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yüksəlib və potensial təhdidlərə qarşı istənilən şəraitdə müasir döyüş aparma üsulları mənimsənilib.

Kursu müvəffəqiyyətlə bitirən məzunlar "Komando andı"nı qəbul ediblər.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.

Paylaş:
146

Son xəbərlər

Bütün xəbərlər