Azərbaycanın xarici işlər naziri özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın xarici işlər naziri özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşüb

17:40 - 07 / 03 / 2026
Azərbaycanın xarici işlər naziri özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər nazirləri şurasının qeyri-rəsmi iclası çərçivəsində özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşüb.

1news.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı, siyasi, iqtisadi və regional əlaqələndirmə sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini, həmçinin TDT çərçivəsində koordinasiyanı müzakirə ediblər.

Eyni zamanda, Yaxın Şərqdə davam edən hərbi eskalasiya ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş:
1037

Son xəbərlər

Xalq artisti vəfat etdi

13 / 04 / 2026, 17:30
Bütün xəbərlər