FHN gözlənən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN gözlənən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Qafar Ağayev09:28 - Bu gün
FHN gözlənən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə Azərbaycanda gözlənən hava şəraitinə görə əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

1news.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Həmçinin, bəzi yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur.

Paylaş:
151

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

24 / 03 / 2026, 13:31
Bütün xəbərlər