Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə start verir | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə start verir

10:36 - Bu gün
Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə start verir

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin ilk raunduna start verir.

1news.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan U-19 ilk görüşünü meydan sahibi Litva seçməsinə qarşı keçirəcək.

Qarşılaşma Bakı vaxtı ilə sat 20:00-da Kaunasdakı "Raudondvario" stadionunda start götürəcək. Matçı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, U-19 növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər