Hande Erçel “narkotik işi” üzrə saxlanılıb
Türkiyəli aktrisa Hande Erçel barəsində “narkotik işi” çərçivəsində çıxarılan saxlanılma qərarı əsasında ölkəyə qayıdarkən hava limanında saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, aktrisa daha sonra İstanbul Ədliyyəsinə aparılaraq ifadə verib.
Məlumata görə, ifadədən sonra Erçel müvafiq ekspertiza üçün Məhkəmə-Tibbi Ekspertiza qurumuna göndərilib və ondan saç, həmçinin qan nümunələri götürülüb.
Qeyd edək ki, aktrisa saxlanılma qərarı çıxarılan zaman təhsil məqsədilə xaricdə olub.

78












