Gürcüstanın yeni patriarxı bəli oldu | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanın yeni patriarxı bəli oldu

17:26 - Bu gün
Gürcüstanın yeni patriarxı bəli oldu

Gürcüstan Pravoslav Kilsəsinin yeni katalikos-patriarxı seçilib.

1news.az xəbər verir ki, Mitropolit Şio (Elizbar Muciri) bütün Gürcüstanın 142-ci katalikos-patriarxı seçilib.

Məlumata görə, ali dini lider postu uğrunda üç namizəd arasında səsvermə kilsənin geniş toplantısında keçirilib.

Səsvermədə ruhanilər məclisinin 39 üzvü iştirak edib. Nəticədə Mitropolit Şio 22 səs toplayaraq qalib gəlib.

Qeyd edək ki, 1977-ci ildən Gürcüstanın katalikos-patriarxı olan II İlya martın 17-də 93 yaşında vəfat edib.

Paylaş:
35

Son xəbərlər

Bütün xəbərlər