Yaponiya İran böhranından sonra ilk dəfə Azərbaycan neftinə üz tutdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaponiya İran böhranından sonra ilk dəfə Azərbaycan neftinə üz tutdu

Qafar Ağayev14:36 - Bu gün
Yaponiya İran böhranından sonra ilk dəfə Azərbaycan neftinə üz tutdu

Yaponiya İranla müharibə fonunda enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycandan neft idxalına başlayıb.

1news.az xəbər verir ki, bu barədə Reuters Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Azərbaycan nefti daşıyan tanker ən tez çərşənbə axşamı Yokohama Port limanına çatacaq. Yük Yaponiyanın ən böyük enerji şirkətlərindən biri olan Eneos üçün nəzərdə tutulub.

Yaponiya rəsmisi Narumi Hosokava bildirib ki, bu, İranla müharibə başlayandan sonra ölkənin Mərkəzi Asiyadan aldığı ilk neft yüküdür.

Qeyd olunur ki, fevralın sonlarında ABŞ və İsrailin İranla müharibəsi başlamazdan əvvəl Yaponiya xam neft idxalının təxminən 95 faizini Yaxın Şərqdən təmin edirdi. İranın Hörmüz boğazında tanker hərəkətini məhdudlaşdırması isə tədarükə ciddi təsir göstərib.

Bu səbəbdən Yaponiya alternativ mənbələrə yönəlib. Ölkə bu müddətdə ABŞ-dən neft idxal edib, həmçinin sanksiyalardan istisna edilən Rusiyanın Sakhalin-2 layihəsindən tədarük alıb.

Məlumata əsasən, Yaponiya enerji çatışmazlığını azaltmaq üçün strateji ehtiyatlardan da istifadə edir. Martın 16-da ölkə təxminən 50 günlük istehlaka bərabər həcmdə ehtiyat buraxıb, daha sonra əlavə 5 günlük, mayın 1-dən isə 20 günlük neft bazara yönləndirilib.

Mayın 8-nə olan məlumata görə, Yaponiyanın ümumi neft ehtiyatları 205 günlük istehlakı qarşılayır. Bunun 121 günü dövlətin, 83 günü özəl sektorun, 1 günü isə istehsalçı ölkələrlə ortaq ehtiyatların payına düşür.

Paylaş:
34

Son xəbərlər

Bütün xəbərlər