FHN: Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən onlarla insan təxliyə edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən onlarla insan təxliyə edilib - VİDEO

Qafar Ağayev09:02 - Bu gün
FHN: Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən onlarla insan təxliyə edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması istiqamətində əməliyyatlar davam etdirilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində ümumilikdə 33 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda FHN qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər