Nazir müavini tələbə krediti ilə bağlı statistikanı açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir müavini tələbə krediti ilə bağlı statistikanı açıqladı

Qafar Ağayev10:28 - Bu gün
Nazir müavini tələbə krediti ilə bağlı statistikanı açıqladı

"Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı tarixdən əldə olunan nəticələr yüksək dinamika nümayiş etdirir".

1news.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə sosial media hesabında yazıb.

O bildirib ki, hazırkı dövrədək 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilib və ümumilikdə təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılıb".

Nazir müavini qeyd edib ki, təhsil tələbə kreditindən yararlananların 63 faizi qadınlardır.

Qeyd olunub ki, dövlət tərəfindən yaradılan bu imkanlar tələbələrin arzuladıqları ixtisası seçmələrinə, eyni zamanda yüksək akademik göstəricilər əldə edərək müvafiq güzəştlərdən yararlanmalarına dəstək göstərir.

Paylaş:
151

Son xəbərlər

Bütün xəbərlər