İran heyəti atəşkəsi müzakirə etmək üçün Pakistana yollanır
İranın İslamabaddakı səfiri Rıza Emiri Mukaddem bildirib ki, İsrailin diplomatik təşəbbüsləri pozmaq məqsədilə ABŞ ilə əldə olunan atəşkəsi pozmasına baxmayaraq, İran heyəti bu gecə Pakistana yola düşəcək.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, Mukaddem X platformasında paylaşdığı açıqlamada qeyd edib ki, Pakistanda keçiriləcək İran-ABŞ danışıqları ilə bağlı məlumat verir.
O vurğulayıb ki, İsrailin atəşkəsi pozması İran ictimaiyyətində şübhələr yaradıb: “İctimaiyyətdə müəyyən tərəddüdlər olsa da, cənab Şahbaz Şərifin dəvəti ilə İranın irəli sürdüyü 10 maddəlik təklif əsasında aparılacaq danışıqlar üçün heyət bu gecə İslamabada yollanır”.
Mukaddem danışıqların birbaşa və ya dolayı formatda keçiriləcəyi, həmçinin İran nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi ilə bağlı əlavə məlumat verməyib.












