Lənkəranda ağac maşının üstünə aşdı: qayınana və gəlin xəsarət aldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda ağac maşının üstünə aşdı: qayınana və gəlin xəsarət aldı – FOTO

11:40 - Bu gün
Lənkəranda ağac maşının üstünə aşdı: qayınana və gəlin xəsarət aldı – FOTO

Lənkəranda ağac hərəkətdə olan avtomobilin üstünə aşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Parakənd kəndi ərazisində baş verib.

Astara sakini 1967-ci il təvəllüdlü Dəmir Müzəffərovun idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən, Parakənd kəndi ərazisində yol kənarında olan ağac maşının üstünə aşıb.

Nəticədə avtomobildə olan sürücünün qızı 1988-ci il təvəllüdlü Nüşabə Müzəffərova və onun qayınanası 1960-cı il təvəllüdlü Təzəgül Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.

Maşının üstünə aşan çürümüş ağac yolda hərəkətə mane olub. Ağac yoldan götürülüb və hərəkət bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər