Sumqayıtda qazdan zəhərlənən uşaqlardan 2-si evə buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda qazdan zəhərlənən uşaqlardan 2-si evə buraxılıb

11:43 - Bu gün
Sumqayıtda qazdan zəhərlənən uşaqlardan 2-si evə buraxılıb

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 2 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir.

Bu barədə 1news.az-a TƏBİB-dən məlumat verilib.

"Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Yoluxucu xəstəliklər şöbəsində müalicəsi davam etdirilən 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli) vəziyyəti isə ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən yaşayış evində bir ailənin 6 azyaşlı övladı dəm qazından zəhərlənib. Aprelin 1-i Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına 6 nəfər (4 kişi, 2 qadın cinsli) hospitalizasiya olunub. Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, 2 yaşlı qızın dəfni zamanı uşaqların atalarının sosial şəbəkədə canlı yayımda açması ciddi tənqid olunub.

Paylaş:
143

Son xəbərlər

Bütün xəbərlər