Prokuror Şahin Şıxlinski və oğluna 9 il həbs cəzası istəyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Prokuror Şahin Şıxlinski və oğluna 9 il həbs cəzası istəyib

10:45 - Bu gün
Prokuror Şahin Şıxlinski və oğluna 9 il həbs cəzası istəyib

Yekaterinburqun Kirovski rayon məhkəməsində Azərbaycan diasporunun keçmiş sədri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinskinin hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, prosesdə prokuror Şahin Şıxlinskiyə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il, oğlu Mutvalı Şıxlinskiyə cəzasını ümumi rejimli kolonoyada çəkməklə 9 il azadlıqdan məhrum etmə cəzası istəyib.

Qeyd edək ki, Ş.Şıxlinski martın 5-də qəsdən adam öldürmək, sifarişli qətlə cəhd maddələri ilə 22 il müddətinə azadlıqdan məhrum olunub.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər