İsrailin Livana hava hücumları nəticəsində 7 nəfər həlak olub
İsrail ordusunun Livanın cənub bölgələrində yerləşən yaşayış məntəqələrinə gecə saatlarından etibarən həyata keçirdiyi hava zərbələri nəticəsində 7 nəfərin həlak olduğu bildirilib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA məlumat yayıb.
Məlumata görə, İsrailə məxsus hərbi təyyarələr gecə saatlarından etibarən ölkənin cənubundakı Abbasiya, Habbuş, Cəbşit, Deyr Zəhrani, Düveyr, Kefra, Cumeycime, Safad Battih, Məcdəl Silm və Deyr Antar yaşayış məntəqələrinə zərbələr endirib.
Abbasiya qəsəbəsinə edilən hücum zamanı ilkin məlumatlara əsasən 7 nəfər həyatını itirib, çox sayda yaralının olduğu qeyd olunur.
87












