Metronun fəaliyyəti 15:00-da bərpa ediləcək - YENİLƏNİB 4 | 1news.az | Xəbərlər
Cəmiyyət

Metronun fəaliyyəti 15:00-da bərpa ediləcək - YENİLƏNİB 4

14:54 - Bu gün
Metronun fəaliyyəti 15:00-da bərpa ediləcək - YENİLƏNİB 4

"Bakı Metropoliteni" QSC-nin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.

Bu barədə 1news.az-a səhmdar cəmiyyətindən bildirilib.

***

13:08

Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Bu barədə 1news.az-a səhmdar cəmiyyətindən bildirilib.

"Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək. Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik" - deyə məlumatda qeyd olunub.

***

13:01

"Bakı Metropoliteni" QSC-nin "Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

Bu barədə 1news.az-a səhmdar cəmiyyətindən bildirilib.

Texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

****

12:38

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə 1news.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Paylaş:
361

Son xəbərlər

Bütün xəbərlər