Şəmkirdə məktəbdə yanğın olub, şagirdlər təxliyə edilib - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə məktəbdə yanğın olub, şagirdlər təxliyə edilib - YENİLƏNİB 1

13:32 - Bu gün
Şəmkirdə məktəbdə yanğın olub, şagirdlər təxliyə edilib - YENİLƏNİB 1

Şəmkir şəhəri Nəriman Nərimanov adına məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

"Şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Təhsil müəssisəsinin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır", - məlumatda qeyd olunub.

11:33

Şəmkirdə məktəbdə baş verən yanğın dərs vaxtı olub.

1news.az-ın APA-ya istinadən məlumatına görə, yanğın məktəbin informatika otağında baş verib.

Hadisə zamanı şagirdlər məktəb rəhbərliyi tərəfindən təxliyə edilib.

10:21

Şəmkirdə yanğın hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayonda yerləşən Nəriman Nərimanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb.

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır.

Paylaş:
276

Son xəbərlər

Bütün xəbərlər