İranda Mossad ilə əlaqədə ittiham olunan şəxs edam edilib | 1news.az | Xəbərlər
Dünya

İranda Mossad ilə əlaqədə ittiham olunan şəxs edam edilib

Oksana Orucova12:52 - 21 / 04 / 2026
İranda Mossad ilə əlaqədə ittiham olunan şəxs edam edilib

İranda İsrailin xarici kəşfiyyat xidməti Mossad ilə əlaqəli şəbəkənin üzvü olmaq və etirazlar zamanı Tehranda məscidi yandırmaqda ittiham olunan Amirali Mircafari edam edilib.

1news.az Mizan News Agency-yə istinadən xəbər verir ki, o, Tehrandakı Kolhak məscidini yandırmaqda və “təhlükəsizlik əleyhinə fəaliyyətlərə rəhbərlik etməkdə” təqsirli bilinib. Ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiqlənib və bu səhər icra olunub.

Qeyd olunur ki, İranda 28 dekabr 2025-ci ildə başlayan və həyat bahalılığına etiraz kimi ortaya çıxan, daha sonra hökumət əleyhinə etirazlara çevrilən aksiyalar günlər ərzində davam edib və gərgin toqquşmalarla müşayiət olunub.

Paylaş:
291

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər