Yaponiyada hərbi təlim zamanı partlayış: 3 əsgər həlak olub
Yaponiyanın cənub-qərbində keçirilən hərbi təlim zamanı partlayış baş verib.
1news.az Kyodo News-a istinadən məlumat verir ki, hadisə nəticəsində 3 əsgər həyatını itirib, 1 əsgər isə yaralanıb.
Yaponiya Özünümüdafiə Quru Qoşunları bildirib ki, partlayış Oita bölgəsində yerləşən təlim sahəsində tank təlimi zamanı qeydə alınıb.
Məlumata əsasən, tank mərmisi atəşə tutulmadan əvvəl partlayıb. Hadisə nəticəsində 3 əsgər ölüb, yaralanan hərbçinin isə üzündə yanıq xəsarətləri yaranıb.
Şinjiro Koizumi hadisə ilə bağlı açıqlamasında bildirib ki, partlayışın səbəbi araşdırılır: “Hadisə çox üzücüdür. Bütün zəruri təhlükəsizlik tədbirləri görüləcək.”
93












