Qəzza zolağında ölənlərin sayı 72 min 560-a çatdı
İsrail ordusunun 2023-cü ilin oktyabrından bəri Qəzza zolağı-na endirdiyi hücumlar nəticəsində ölənlərin sayı 72 min 560-a yüksəlib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində xəstəxanalara 7 nəfər ölü, 21 yaralı gətirilib.
Bildirilir ki, 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsdən sonra da İsrailin hücumları davam edib. Bu dövrdə 784 nəfər ölüb, 2 214 nəfər yaralanıb, dağıntılar altından isə 761 cəsəd çıxarılıb.
Ümumilikdə isə 2023-cü ilin oktyabrından bəri hücumlar nəticəsində yaralıların sayı 172 min 317-yə çatıb.
Qəzzada hələ də minlərlə insanın dağıntılar altında olduğu bildirilir.
95












