Qırmızı Bazar qəsəbəsinə 17 ailə yola salınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qırmızı Bazar qəsəbəsinə 17 ailə yola salınıb

14:05 - Bu gün
Qırmızı Bazar qəsəbəsinə 17 ailə yola salınıb

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 17 ailə olmaqla, 74 nəfər köçürülür. Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər