Ombudsman nümayəndələri yanğın baş vermiş internat məktəbinə baş çəkib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsman nümayəndələri yanğın baş vermiş internat məktəbinə baş çəkib

Qafar Ağayev17:33 - Bu gün
Ombudsman nümayəndələri yanğın baş vermiş internat məktəbinə baş çəkib

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində internat müəssisəsində başçəkmə həyata keçirilib

Ombudsmanın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Elm və Təhsil Nazirliyinin Bakı şəhərində yerləşən 3 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Milli Preventiv Qrupunun üzvləri tərəfindən həmin müəssisəyə plandankənar başçəkmə həyata keçirilib.

Başçəkmə zamanı uşaqların sağlamlıq, o cümlədən təhlükəsiz və sağlam şəraitdə yaşamaq hüquqlarının təmini məsələləri yerində araşdırılıb.

Milli Preventiv Qrup üzvləri tərəfindən uşaqlarla fərdi qaydada söhbətlər aparılıb, onların vəziyyəti ilə maraqlanılıb, narahatlıq doğuran məsələlər öyrənilib.

Müəssisə rəhbərliyi və aidiyyəti əməkdaşlarla da görüş keçirilərək baş vermiş hadisənin səbəbləri və nəticələrinin aradan qaldırılması istiqamətində görülmuş tədbirlər barədə məlumatlar əldə edilib.

Məsələ Ombudsman tərəfindən nəzarətdə saxlanılır.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər