Mayda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb
May ayında sərnişinlər metro ilə 19 milyondan çox səfər ediblər.
1news.az xəbər verir ki, Bakı Metropoliteni QSC-nin məlumatına əsasən, ay ərzində ən çox sərnişin axını 1 673 358 nəfərlə “Koroğlu” stansiyasında qeydə alınıb.
Qeyri-iş günlərini əhatə edən 27–31 may tarixlərində isə sərnişinlər metrodan 2 134 080 dəfə istifadə ediblər.
NFC və QR bilet vasitəsilə ümumilikdə 9 222 099 ödəniş həyata keçirilib ki, bu da ödənişli istifadəçilərin 49,7 faizini təşkil edir. “Əlçatan metro” xidməti çərçivəsində isə 149 sifariş yerinə yetirilib.
63












