Yol polisindən küləkli hava ilə bağlı xəbərdarlıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisindən küləkli hava ilə bağlı xəbərdarlıq

First News Media15:30 - Bu gün
Yol polisindən küləkli hava ilə bağlı xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

1news.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

BDYPİ intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.

Həmçinin, piyadalar da mövcud hava şəraitini nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər