Dünya Kuboku öncəsi Ebola həyəcanı: Braziliyada şübhəli hallar qeydə alındı | 1news.az | Xəbərlər
Dünya

Dünya Kuboku öncəsi Ebola həyəcanı: Braziliyada şübhəli hallar qeydə alındı

First News Media17:37 - Bu gün
Dünya Kuboku öncəsi Ebola həyəcanı: Braziliyada şübhəli hallar qeydə alındı

Qərbi Afrikada can alan Ebola virusunun Braziliyaya da yayılmış ola biləcəyi ilə bağlı narahatlıqlar artır.

1news.az xarici mediaya istnadən xəbər verir ki, Braziliyada Konqodan qayıdan bir nəfər Ebola simptomları ilə karantinə alınıb, Rio-de-Janeyroda isə daha bir şübhəli hal araşdırılır.

Mütəxəssislər Demokratik Konqo Respublikasında vəziyyətin ağırlaşdığını, yüzlərlə insanın həyatını itirdiyini bildirirlər. 

Qeyd edək ki, ABŞ və Kanada Ebola riski səbəbindən bəzi Afrika ölkələrindən gələn şəxslərə qarşı giriş və səyahət məhdudiyyətləri tətbiq edib.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər