İtaliyada güclü zəlzələ baş verdi | 1news.az | Xəbərlər
Dünya

İtaliyada güclü zəlzələ baş verdi

1news Redaksiyası16:18 - 02 / 06 / 2026
İtaliyada güclü zəlzələ baş verdi

İtaliya sahillərində gecə saatlarında 6,1 bal gücündə zəlzələ baş verib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 00:12-də Kalabriya sahillərində baş verib. 250 kilometr dərinlikdə qeydə alınan zəlzələ İtaliyanın cənubunda, o cümlədən Neapol, Bazilikata, Puglia və Siciliyada hiss olunub. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Paylaş:
437

Son xəbərlər

Bütün xəbərlər