Taleh Ziyadov Avropa Badmintonu Direktorlar Şurasının üzvü seçilib
Danimarkanın Horsens şəhərində Avropa badminton qurumunun hesabat-seçki konfransı keçirilib.
Gənclər və İdman Nazirliyindən 1news.az-a verilən məlumata görə, səsvermənin nəticələrinə əsasən, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov Avropa Badmintonu Direktorlar Şurasının üzvü seçilib.
Bununla da o, 2026–2030-cu illər ərzində qurumun idarəçiliyində Azərbaycanı təmsil etmək hüququ qazanıb.

88










