Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq

15:26 - Bu gün
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq

Aprelin 26-da keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) 1news.az-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə mərkəzin saytından tanış olmaq olar.

Bildirilib ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər