Milli Məclis İlham Əliyevi “Sülh və Barışıq üçün Gernika mükafatı”na görə təbrik edib
Milli Məclis Prezident İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib.
1news.az xəbər verir ki, bu barədə parlamentin iclasında Sədr Sahibə Qafarova məlumat verib.
S.Qafarova ölkə başçısına uğurlar arzulayıb.
Deputatlar təbriki alqışlarla qarşılayıblar.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb.
81











