İsrail atəşkəsi pozmaqda davam edir: Livana hücumlarda 14 nəfər ölüb
İsrail atəşkəs razılaşmasına baxmayaraq Livanı hədəf almaqda davam edir.
1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrailin ölkənin cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində 14 nəfər həyatını itirib, 37 nəfər isə yaralanıb.
Nazirliyin açıqlamasında bildirilir ki, ölənlər arasında 2 qadın və 2 uşaq var. Yaralananlar arasında isə 3 qadının olduğu qeyd olunub.
Eyni zamanda vurğulanıb ki, İsrailin hücumları səbəbindən Livanda məcburi köçkünlərin sayı 1 milyon 162 mini keçib.
91












