Xameneinin dəfn mərasiminin vaxtı açıqlandı | 1news.az | Xəbərlər
Dünya

Xameneinin dəfn mərasiminin vaxtı açıqlandı

16:05 - Bu gün
Xameneinin dəfn mərasiminin vaxtı açıqlandı

Fevralın 28-də ABŞ və İsrailin hava zərbələri nəticəsində həlak olduğu bildirilən İranın sabiq Ali Lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasiminin vaxtı açıqlanıb.

1news.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası – IRIB məlumat yayıb.

Bildirilib ki, dövlət səviyyəli rəsmi vida mərasimləri iyul ayının əvvəlində keçiriləcək. Məlumata əsasən, ilk cənazə mərasimi iyulun 4-5-də Tehranda yerləşən İmam Xomeyni Müsəlla məscidində baş tutacaq.

Daha sonra iyulun 6-da paytaxtda ikinci kütləvi vida mərasimi təşkil olunacaq. İyulun 7-də isə cənazə dini mərkəz hesab edilən Qum şəhərinə aparılacaq və burada növbəti mərasim keçiriləcək.

Yekun vida mərasiminin iyulun 9-da Məşhəd şəhərində keçirilməsi planlaşdırılır. Xameneinin nəşi həmin gün Məşhəddə yerləşən İmam Rza türbəsinin daxilində xüsusi ayrılmış sahədə dəfn olunacaq.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər