11 kq-dan çox narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

11 kq-dan çox narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb

First News Media17:43 - Bu gün
11 kq-dan çox narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb

İrandan 11 kq-dan çox marixuananın Azərbaycana keçirilməsinin qarşısı alınıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumata görə, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 500 qram narkotik vasitə – marixuananın pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər