Bakıda restoranın paltar dolabından 5 000 dollar oğurlayan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda restoranın paltar dolabından 5 000 dollar oğurlayan şəxs saxlanılıb

11:45 - Bu gün
Bakıda restoranın paltar dolabından 5 000 dollar oğurlayan şəxs saxlanılıb

Bakının Nərimanov rayonunda talama cinayəti qeydə alınıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, zərərçəkən polisə müraciət edərək gödəkcəsinin cibindən 5000 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun restoranların birində zərərçəkənin paltar dolabına asdığı gödəkcəsinin cibindən pul vəsaitini taladığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər