Tikinti sahəsi üzrə biznes kredit portfeli böyüyüb
Bu ilin aprelin 1-nə Azərbaycan banklarının tikinti sahəsi üzrə biznes kredit portfeli 1,756 milyard manat təşkil edib.
1news.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 49 milyon manat və ya 2,9%, ötən ilin eyni dövrünə nisbətən isə 387 milyon manat 28,3% artıb.
Belə ki, tikinti sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2026-cı ilin martın 1-nə 1,707 miyard manat, ötən ilin aprelin 1-nə isə 1,369 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, 2026-cı ilin aprelin 1-nə Azərbaycanda bankların kredit portfeli 30,290 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,5% (16,215 milyard manat), istehlak kreditlәri 31,3% (9,491 milyard manat) vә ipoteka kreditlәri 15,2% (4,585 milyard manat) təşkil edib.












